AutoCAD 2D - ni A-dan Z-ə öyrən

Mühəndislər üçün AutoCAD 2D dərsləri

Ratings: 0.00 / 5.00




Description

Mən Rüfət Cəfərli. 4 ilmühəndis olaraq çalışmışam və hal-hazırda Autocad proqramının tədrisi ilə məşğulam.


Bu kurs AutoCAD 2D öyrənmək istəyənlər üçün lazım olan bütün dərsləri əhatə edir. Kurs daxilində 100-ə yaxın dərs videosu yerləşdirilib. Kursun müddəti isə təxminən 15 saatdır. Kursa daim yeniliklər olunacaq və siz bu yeniliklərdən faydalana biləcəksiniz. Həmçinin kursu əldə etməklə bizim AutoCAD Community-ə üzvlük haqqı qazanacaqsınız. İstənilən sual və çətinlik zamanı həll tapmaqda sizə dəstək olacağam.


Kursun daxilində nələr var?

Home menyusunda olan Draw, Modify, Annotatin, Block, Layer properties, Utilities, Properties, Clipboard panellərinin hər biri haqqında dərs videosu və hər dərsə uyğun cizgi nümunələri.

Bundan əlavə olaraq Annotate, Parametric, 3D Tools, View menyuları, Laoutlar və cizgilərimizi print etmək üçün lazım olan bilgilərdə kurs daxilində yer alır.


Autocad hansı sahələrdə istifadə olunur?

Autocad bir çox mühəndis sahələrində çertyoj və layihələrin hazırlanmasında istifadə olunan ən vacib proqramlardan biridir. Bu sahələrə misal olaraq inşaat, memarlıq, elektrik, mexanika, neft-qaz, geologiya, santexnika, havalandırma, interyer və eksteryer sahələrini misal göstərmək olar.


Kursun əsas üstünlüyü ondan ibarətdir ki, dərslər çox sadə və asan formada izah olunmasına baxmayaraq sizlər üçün olan detalları əhatə edir. Bu isə öyrənməni həm asanlaşdırır həm də sürətləndirir. Kursa mütəmadi olaraq yeni layihə və videoların əlavə olunmasında əsas hədəflərimdən biridir. Bununla siz öz sahənizə aid cizgilərin necə hazırlana biləcəyi ilə də tanış olmuş olacaqsınız.

What You Will Learn!

  • Bu kursu bitirdikdən sonra öz cizgi və layihələrinizi AutoCAD-da sərbəst işləyə biləcəksininiz.
  • Əgər tələbəsinizsə AutoCAD gələcəkdə iş tapmaq imkanlarınızı artıracaq.
  • AutoCAD-ı öyrənmək digər dizayn proqramlarını öyrənmə sürətinizi artıracaq.
  • AutoCAD-ı sadəcə professional olaraq iş yerində deyil, freelance işlərdə də tətbiq edərək gəlir əldə edə bilərsiniz.

Who Should Attend!

  • Mühəndislər və mühəndislik sahəsində təhsil alanlar üçün AutoCAD 2D kursu