Sayt yığmağın praktik dərsliyi (Azərbaycan dilində)

Bootstrap Resume nümunəsini yığırıq

Ratings: 4.78 / 5.00




Description

Salam, Hörmətli izləyici.

      Kurs veb proqramlaşdırmaya yeni başlayanlara çox faydalı olacaq. Siz əgər portfolio qurmaq istəyirsinizsə və nədən necə başlayım sualları yaranırsa, kursu əminliklə götürə bilərsiniz. Əslində kurs heç bir plan üzərində qurulmayıb və tam praktik şəkildə hazırlanır. Resume saytı yığmaqla biz Laravel çərçivəsinin imkanları ilə tanış oluruq. Kurs zamanı proyekti sadə formatdan başlayıb, sonra daha da mükəmməl vəziyətə gətiririk.

     Saytın frontendi üçün hazır bootstrap nümunəsini istifadə edirik. Həmin nümunəni Laravelə köçürdürük. Sonra artıq saytın backendini necə qurmağımızı fikirləşərək reallaşdırmağa başlayırıq. Kurs sadədir deyə biz burada admin paneli özümüz yazmadan Voyagerdən istifadə edirik. Voyagerin imkanlarını da öyrənmiş olacaqsınız. Voyager - Laravel çərçivəsi üçün nəzərdə tutulmuş paketdir, hazır admin panel təqdim edir. Voyagerin sahəsində saytın dinamikliyini təmin edə bilirik. Menyularımız admin paneldə idarə olunur artıq, kontentimizi də yavaş-yavaş verilənlər bazasına keçirib, ordan əldə edəcəyik. Gələcəkdə tərcüməni də əlavə edərik. Saytımız bir neçə dildə fəaliyət göstərsin.

     Yəgin fikir verdiniz elədiyimiz və edəcəyimizdən danışdım. Buna səbəb kursun hələ tam hazır olmayışıdır. Kurs yenilənməkdədir və davamlı olaraq yeni dərslər əlavə olunacaq. Hətta sizin suallarınıza əsasən də video izahların əlavə edilməsini planlaşdırmışıq. Ona görə çəkinmədən suallarınızı soruşun və kursun daha da effektiv olmasına dəstək olun. Maraqlı ideya və təkliflərinizi də irəli sürə bilərsiniz.


    Saytımızın kompyuterimizdə işləməsi üçün biz öz kompyuterimizdə server yaratmalıyıq. Müxtəlif paketlər və proqramlar var ki, bizə local serveri qursun. Mən adətən laravelin təqdim etdiyi Homesteaddən istifadə edirdim. Nəzərə aldım ki, çoxluq XAMPP istifadə edir, ona görə hələlik kurs üçün XAMPP istifadə edirəm. XAMPP instalyasiya və konfiqurasiyanı kursum lap əvvəlində sizə təqdim edirəm. Biz ip adreslə sayta müraciət etməmək üçün, domenimizi hosta əlavə edib, domenlə sayta daxil oluruq. Saytı tam qurub bitirdikdən sonra hostingerə əlavə etmək də kursda olacaq. Yəni siz sıfırdan saytı yığıb internetə necə yerləşdirmək lazımdır oyrənəcəksiz.


Diqqətinizə görə təşəkkür edirəm.


What You Will Learn!

  • Bootstrap Template-i Laravel proyektinə əlavə etməyi
  • Laravel proyektinin üzərində işləməyi (MVC)
  • Voyager admin panelin əlavə edilməsini
  • Frontendə dinamikliyi gətirməyi
  • GİT sisteminin proyektdə istifadəsini
  • Paketlərin əlavə edilməsini

Who Should Attend!

  • Veb proqramlaşdırmaya yeni başlayanlar və daha yuxarı
  • Kurs bitirib təkrar etmək istəyənlər
  • Junior PHP developerlər
  • İstənilən şəxs baxa bilər