Dövlət satınalmalarının təşkili (geniş)
Dövlət satınalmalarının beynəlxalq praktika ilə A-dan Z-yə izah edildyi yeganə onlayn kurs
Description
Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah edildiyi 01 oktyabr - 12 noyabr və 6 aprel-14 may tarixlərində əyani keçirilmiş 25-30 saatlıq "Dövlət satınalmalarının təşkili (geniş)" təlimlərinin canlı səs və görüntü qeydlərindən formalaşdırılıb.
Kurs haqqında
Təlim kursunda qüvvədən olan ən son dəyişiklik və əlavələr edilmiş dövlət satınalmaları qanunvericiliyinə aid olan qüvvədə olan bütün qanun, fərman və qərarlar əsasında dövlət satınalmalarını təhlil edərək, qanunun bütün maddələri tək-tək izah edilir. Təlimdə qeyd edilən mövzular izah edilərkən dövlət satınalmaları qanunvericiliyinə edilməsi planlaşdırılan dəyişikliklər, o cümlədən yeni qanun layihəsindəki mövcud maddələrə gözlənilən dəyişikliklərdən də bəhs edilir.
Nəzərə alsaq ki, mövcud qanunvericilik sənədlərinin hər biri oxunsa belə qanunda qeyd edilən tələblərin əsasını anlamaq mümkün deyil, bu səbəbdən qanunda istinad edilən əksər anlayışlar ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 35 mövzudan ibarət olan Satınalmaların təşkili və müqavilələrin idarə olunması peşəkar təlim kursunun materialları əsasında beynəlxalq praktikada tətbiqi və istifadəsi izah edilir.
Əsas məqamlar
Kurs ümumilikdə 25 mövzu əsasında təqdim edilir;
Kurs uğurla tamamlayan iştirakçılar sərbəst şəkildə dövlət satınalmalarını fərdi qaydada keçirmək üçün bütün zəruri biliklərə yiyələnəcəkdir.
Format
Əyani təlimlərin canlı qeyd edildiyi video materiallar redaktə edilərək təmizlənmiş və kəsintisiz dinlənə və izlənə biləcək formaya salınmışdır. Bundan başqa iştirakçıların suallarına verilən cavablar, həmçinin bəzi hissələrdə iştirakçıların səsləndirdiyi fikirlər də saxlanılmışdır. Material canlı danışıqdan hazırlandığı üçün müəyyən hissələrdə texniki problemə görə yaranmış natamamlıqlar digər təlimdən götürülərək tamamlanmışdır. Ümumilikdə məzmun ~15 saatdan ibarətdir.Kursa yazılanlar 21 sənəddən ibarət Dövlət satınalmaları haqqında qanunvericilik toplusunu da ÖDƏNİŞSİZ əldə edəcəklər.
Ödəniş
Kursun standart qiyməti 340₼ təşkil edir.
Kurs ödənişini MilliÖn / e-Manat və ya Card-to-Card ilə edənlərə 9️⃣0️⃣₼ endirim (=250₼) tətbiq olunur.
Eyni qaydada ödəniş edən əyani kurslarımızın, o cümlədən "Dövlət satınalmalarının təşkili (geniş)" kursunun əvvəlki iştirakçılarına 1️⃣4️⃣0️⃣₼ endirim (=200₼) tətbiq olunur.
Köçürmə yolu ilə ödəniş mümkündür, korporativ iştirak üçün xüsusi təklif və endirimlər mövcuddur.
Canlı sual-cavab
YALNIZ cari kursu bitirənlər üçün 15-20 nəfərlik qruplar formasında 3 aydan bir (dəqiq tarix 2 həftə əvvəl açıqlanır) canlı və onlayn formatda 3-4 saatlıq sual-cavab sessiyasının (50₼) təşkil edilməsi nəzərdə tutulub. Canlı görüş üçün suallar əvvəldən toplanılıb qruplaşdırılaraq görüş zamanı cavablandırılır və hər bir iştirakçı üçün görüş zamanı yaranan yeni suallarını vermək üçün müəyyən vaxt nəzərdə tutulur. Bundan başqa yenə yalnız cari kursun iştirakçılar üçün gələcəkdə 1 günlük əyani sessiyaların da keçirilməsi planlaşdırılır.
İştirakçıların sualları eyni zamanda Udemy platformasında da 48 saat ərzində cavablandırılır.
Əyani imtahan və sertifikat
Bundan başqa kurs iştirakçıları canlı sessiya tarixlərindən sonra 10-15 gün ərzində (dəqiq tarix 1 həftə əvvəl açıqlanır) keçiriləcək əyani imtahanda (50₼) iştirak edərək sertifikat da əldə edə bilərlər. İlkin sessiya aprel və may aylarında, nəzərdə tutulub lakin iştirakçı sayına və müraciətlərə görə erkənə alına və ya ertələnə bilər.
İmtahan nəticələr 1-2 həftə ərzində qiymətləndirilib imtahan sualları və nəticələr 1-2 saatlıq əyani sessiyada təhlil edilərək imtahan göstəricilərinə görə iştirakçılara sertifikatlar təqdim edilir.
İmtahan sessiyasında kurs iştirakçısı olmayanlar da iştirak edə bilər. Belə iştirakçılar üçün imtahanda iştirak haqqı 70₼ təşkil edir.
ℹ️ Ətraflı məlumat və fürsətdən faydalanmaq üçün veb səhifəmizdəki əlaqə vasitələri və ya Whatsapp (+994773212211) ilə bizimlə əlaqə saxlayın!
Təlimçi - Elşən Həsənov
What You Will Learn!
- Əsas satınalma prinsipləri və onların qanunvericilikdə izahı
- Dövlət satınalmaları haqqında qanunvericilik
- Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqi
- Dövlət satınalmalarının vahid internet portalından istifadə
Who Should Attend!
- Dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri
- Tender komissiyasının üzvləri
- Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri