Python və Alqoritm: Abituriyent və müəllimlər üçün
Abituriyent və müəllimlər üçün. Orta məktəb proqramına uyğun blok-sxem qurmaq, Python-da kod yazmaq.
Description
Bu kurs I Qrupa hazırlaşan Abituriyentlər, İnformatika müəllimləri və proqramlaşdırma öyrənməyə başlamaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
Kursda ardıcıl olaraq aşağıdakıları öyrənəcəksiz:
Blok-sxemlərin işləmə məntiqi
Blok-sxemlərin qurulması (Flowgorithm proqramından istifadə)
Python-un işləmə prinsipi
Pythonda kodların yazılması (orta məktəb səviyyəsinə uyğun)
Aloqritmləşdirmə ilə bağlı aşağıdakılar kursda yer alır:
Xətti alqoritmlərin blok-sxemlərinin qurulması
Budaqlanan alqoritmlərin blok-sxemlərinin qurulması
Dövrü alqoritmlərin blok-sxemlərinin qurulması
Qarışıq (dövrü və budaqlanan) alqoritmlərin blok-sxemlərinin qurulması
Python ilə bağlı aşağıdakılar öyrənəcəksiz:
Dəyişənlərə klaviaturadan qiymətlərin daxil edilməsi
Dəyişənlərin qiymətlərinin müxtəlif formada çap edilməsi
Dəyişənlərə qiymət mənimsətmə
Müxtəlif riyazi əməliyyatların tətbiqi (toplam, şıxma, vurma, bölmə, qüvvətə yüksəltmə)
Şərtdən asılı olaraq bu və ya digər əməliyyatın icrası
"for" dövrünün işləməsi və ondan istifadə
"while" dövrünün işləməsi və ondan istifadə
Siyahılar üzərində müxtəlif əməllər
Sətrlət (str) üzərində müxtəlif əməliyyatlar
Funksiya (def) yaratmaq və ondan istifadə
Kursa başlamazdan əvvəl aşağıdakıları nəzərə almaq lazımdır:
Bu kurs əsasən I qrup Riyaziyyat-İnformatika alqurupu üzrə imtahan vermək istəyən abituriyenlər üçün nəzərdə tutulmuşdur və videolar orta məktəb proqramına uyğun hazırlanmışdır.
Kursa başlamazdan əvvəl alqoritmə və python haqqında başlanğıc səviyyədə məlumata malik olmağınız arzuolunandır. Mənim youtube kanalımda olan videolardan istifadə edərək başlanğıc məlumatları əldə edə bilərsiz. Həmçinin öyrəndiklərinizi testlərə tətbiq edərək özünüzü təkmilləşdirin.
Orta məktəb proqramına uyğun kodların əksər hissəsi riyaziyyatla bağlıdır. Məsələn, tərəfləri verilmiş üçbucağın sahəsini tapmaq, kvadrat tənliyin köklərinin hesablanması kimi. Bu tip testləri həll edə bilmək üçün təkcə proqramlaşdırma biliyi kifayət etmir. Riyazi biliyiniz, analiz etmə qabiliyyətiniz yüksək səviyyədə olmalıdır.
What You Will Learn!
- Alqoritmin işləmə məntiqi
- Blok-Sxemlərin qurulması (orta məktəb proqramına uyğun)
- Pythonun işləmə məntiqi
- Orta məktəb proqramına uyğun kodların yazılması
Who Should Attend!
- I qrupa hazırlaşan Abituriyentlər, orta məktəb müəllimləri, proqramlaşdırma öyrənməyə yeni başlayanlar